İndoneziyada zəlzələdən ölənlərin sayı 2 mini keçdi

indoneziyada-zelzeleden-olenlerin-sayi-2-mini-kecdi
Oxunma sayı: 1072

İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələ və sunami qurbanlarının sayı artaraq 2202 nəfər olub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, sentyabrın 28-də baş vermiş zəlzələdən sonra dağıntılar altında minlərlə insanın qaldığı ehtimal edilir.

Qeyd edək ki, zəlzələnin gücü 7,4 bal olub. Zəlzələdən sonra isə sunami başlayıb. Bu isə insan tələfatını daha da artırıb.