İndoneziyadakı zəlzələdə ölənlər arasında Azərbaycan vətəndaşı var? - Açıqlama

indoneziyadaki-zelzelede-olenler-arasinda-azerbaycan-vetendasi-var
Oxunma sayı: 1567

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Lombok adasında baş vermiş zəlzələ ilə əlaqədar İndoneziya xalqına başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi Tvitter səhifəsində yerləşdirilən məlumatda bildirilir.

Başsağlığında deyilir: “Lombok adasında baş verən zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Biz həlak olanların ailələrinə və bütün İndoneziya xalqına dərin hüznlə başsağlığı veririk və yaralıların tezliklə sağalmasını arzulayırıq”.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, İndoneziyadakı zəlzələdə xəsarət alan və ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur.

Qeyd edək ki, Lombok adasında baş vermiş zəlzələ qurbanlarının sayı 91-ə çatıb, 200-dən çox insan isə ciddi travmalar alıb.