İndoneziyanın ən aktiv vulkanı yenidən püskürdü

indoneziyanin-en-aktiv-vulkani-yeniden-puskurdu
Oxunma sayı: 650

İndoneziyanın ən aktiv vulkanı - Yava adasında yerləşən Merapi yenidən püskürməyə başlayıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, püskürmə ərazisində kül və tüstü qatı yerdən 1200 metrədək yüksəkliyə qalxıb.

Əhaliyə vulkana 3 kilometrdən daha yaxın məsafəyə getməmək barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, 2010-cu ildə Merapi vulkanının püskürməsi nəticəsində 347 nəfər həlak olmuşdu.