İnək sahibini vurdu

inek-sahibini-vurdu
Oxunma sayı: 1307

Gədəbəydə inək sahibinə xəsarət yetirib.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, rayonun Söyüdlü kənd sakini, 1984-cü il təvəllüdlü Bağırova Vüsalə Fəxrəddin qızı yaylaqda inək sağmaq istəyərkən heyvan onu vurub.
 
Körpücük sümüyünün sınığı xəsarəti alan qadın xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.