İnəklər Bakının mərkəzini basdı - Video

inekler-bakinin-merkezini-basdi-video
Oxunma sayı: 653

“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, şəhər sakinləri paytaxtda maraqlı mənzərinin şahidi olub. Sahibsiz qalan 10 baş inək rahat şəkildə nəqliyyatın intensiv hərəkət etdiyi Badamdar şossesində, daha dəqiq desək Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısındakı dairədə hərəkət edirdi. İnəklər dairədə otlamağa yaşıllıq sahəsi də tapdılar. Nəzarətsiz heyvanlar avtomobillərin hərəkətinə də mane olurdular.

Şahidlərin bildirdiyinə görə, inəklərin haradan gəlməsi məlum deyil. Ətrafdakı obyektlərin sahibləri heyvanların yiyəsini tanımasalar da, nəqliyyatın hərəkətinə mane olmasın deyə, onları yoldan kənarlaşdırdılar.

Xatırladaq ki, ötən il sahibindən qaçan iri bir öküz “5 mərtəbə” ərazisində meydan sulayırdı. Heyvan hətta ətrafdakı bir neçə obyektə girərək dağıtmış, nəhayət polislərin köməkliyi ilə bir neçə saatdan sonra zərərsizləşdirilmişdi.