İnfantino Rövnəq Abdullayevə məktub göndərib “Qarabağ”ı təbrik etdi

İnfantino Rövnəq Abdullayevə məktub göndərib “Qarabağ”ı təbrik etdi
Oxunma sayı: 522

FIFA-nın prezidenti Gianni İnfantino AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla dünya futbol ictimaiyyəti adından "Qarabağ" klubunu Topaz Premyer Liqasının 2016/2017-ci il mövsümünün qalibi olması münasibətilə təbrik edir.

“Qafqazinfo” xəbər verir ki, dünya ali futbol qurumunun rəhbəri Ağdam təmsilçisinə UEFA Çempionlar Liqasına vəsiqə qazanması, gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbriklərini çatdırıb, daha böyük uğurlar arzulayıb.

Xatırladaq ki, "Qarabağ"da Topaz Premyer Liqasının son turunda ardıcıl 4-cü çempionluğunu qazanıb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi