İnformasiya sistemi qeydiyyata alındı

informasiya-sistemi-qeydiyyata-alindi
Oxunma sayı: 643

“Qafqazinfo” TQDK-nın saytına istinadən xəbər verir ki, Nazirlər Kabinetinin 17 avqust 2010-cu il tarixli 149 nömrəli ilə Qərarı ilə təsdiq edilmiş “Fərdi məlumatların informasiya sistemlərinin (FMİS) dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydalar”nın icrasını təmin etmək məqsədilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tələb olunan sənədləri təqdim edərək sistem administratoru olduğu “Tələbə-məzun” dövlət elektron məlumat sistemi”nin qeydiyyata alınması ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət edib .

4 fevral 2013-cü il tarixdə sistem dövlət qeydiyyatına alınııb və sistem haqqında məlumat dövlət reyestinə əlavə edilib. (https://governmentsregistry.ehdis.az/AcceptedFormPrivate.aspx ).

Günel