İngilis siyasətçinin türk gəlini - Fotolar

ingilis-siyasetcinin-turk-gelini-fotolar
Oxunma sayı: 646

"Qafqazinfo"nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Bleyrin böyük oğlu, 29 yaşlı Euan Mehmet Altınsoyun nəvəsi Suzanna Ashman ilə nişanlanıb.

Keşmiş müdafə naziri Geoff Hoonun vasitəçiliyi ilə tanış olan və yeddi ildir ki, sevgili olan cütlük bu yaxınlarda yaxın dostları və ailələrinin iştirakı ilə nişanlanıb.

24 yaşlı Suzanna ilə Euanın münasibəti Bleyr hələ vəzifədə olarkən başlayıb. "Trinity College"də fəlsəfə, siyasət və iqtisadiyyat üzrə təhsil alan Suzanna qaynatasının yardım qurumunda fəaliyyət göstərir. Türk nazirin nəvəsi olan Ashman ana tərəfdən türkdür. Onun atası isə qayıq yarışçısı milyonçusu olan iş adamı Conatan Ashmandır.

Cütlüyün dostlarının dediyinə görə, onlar nişanlanmaqla yanaşı həm də Londonun İslinqton dairəsində ev alıblar.