İngilis tələbələr Bakı Ali Neft Məktəbində olub - Fotolar

ingilis-telebeler-baki-ali-neft-mektebinde-olub-fotolar
Oxunma sayı: 637

“Qafqazinfo” xəbər verir ki, ARDNŞ-nin təşkilatçılığı ilə Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Birmingham Universitetinin bir qrup nümayəndəsi Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbə heyəti ilə görüş keçirib . Qonaqları ölkəmizdə və BANM-də görməkdən məmnunluq hiss keçirdiyini bildirən BANM rektoru E.Qasımov qeyd edib ki, Azərbaycan dünyada ilk neft çıxaran ölkədir ki, bu gün də neft-qaz və kimya sənayesi ölkə iqtisadiyyatının inkişafında əsas rol oynayır. ARDNŞ –nin Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi beynəlxalq layihələrdən söz açan E.Qasımov bildirib ki, yeni ali məktəbin yaradılmasında əsas məqsəd məhz bu layihələrdə işləyəcək müasir standartlara cavab verən yüksəkixtisaslı kadrlar hazırlanmasıdır.

Azərbaycana dəvət olunduqlarından məmnunluğunu ifadə edən Birmingham Universitetinin nümayəndəsi qeyd edib ki, Bakı Ali Neft Məktəbi ilə müxtəlif sahələrdə əməkdaşlıq etməyə hazırdır. Tədbir çərçivəsində BANM və Birmingham Universitetinin tələbələri arasında beynəlxalq tələbə mübadiləsi, uğurlu karyera seçimi və inkişafı yolları, tələbə həyatı, mühəndislik peşəsi kimi mövzularda fikir mübadiləsi aparılıb.