İngiltərə İŞİD-ə qoşulan 19 yaşlı qızı vətəndaşlıqdan çıxarır

ingiltere-isid-e-qosulan-19-yasli-qizi-vetendasliqdan-cixarir
Oxunma sayı: 1045

4 il öncə 15 yaşında olarkən İŞİD-ə qoşulan Şamima Begum adlı qız İngiltərə vətəndaşlığından çıxarılacaq.

“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Sacid Cavid təlimat verib.

Məlumat üçün bildirək ki, Begum 2015-ci ildə Kadiza Sultana və Amira Abas adlı iki sinif yoldaşı ilə öncə İstanbula, oradan da Suriyaya gedərək İŞİD-ə qoşulub.

Ötən həftə onun qaçqın düşərgəsində yaşamağa başladığı, bir uşağı olduğu və yenidən qaldığı üzə çıxıb. O, “Times” qəzetinə açıqlamasında Suriyaya getdiyi üçün peşman olmadığını bildirib.