İngiltərə kilsəsi homoseksualların evlənməsinə qarşı

ingiltere-kilsesi-homoseksuallarin-evlenmesine-qarsi
Oxunma sayı: 648

“Azerimuslims.com” BBC-nin Türkiyə xidmətinə istinadən bildirir ki, İngiltərədə hökumətin homoseksualların evliliyi ilə bağlı qanun layihəsi qəbul etməsi təklifinə qarşı çıxan Anqlikan kilsəsi layihənin kilsənin nüfuzuna böyük xələl gətirəcəyini bəyan edib.

Kilsə 2015-ci ildə sözügedən qanunun qəbulu məsələsinin müxtəlif qurumlar tərəfindən qiymətləndirilməsini tələb edən hökumətə belə bir layihənin qəbulunun kilsənin statusuna zərər verəcəyi barədə xəbərdarlıq edib.

Krallığın Daxili İşlər Nazirliyinin açıqlamasında isə ölkədəki dini qurumların homoseksual cütlərin evləndirilməsinə məcbur edilməyəcəyi, bu məsələdə kilsəyə təzyiq göstərilməyəcəyi bildirilib. Anqlikan kilsəsinin mövqeyinə etirazını bildirən krallıqdakı homoseksualların hüquqlarını müdafiə edən “Stounvel” dərnəyinin rəhbəri Ben Sammerskill 3 milyondan çox azyaşlının bir valideyni tərəfindən böyüdüldüyü ölkədə dini qurumların bir neçə min homoseksuala qarşı belə rəftarının qəribə olduğunu deyib.