İngiltərədə 4 məscidə hücum edildi

ingilterede-4-mescide-hucum-edildi
Oxunma sayı: 1927

İngiltərədə bir gecədə 4 məscidə hücum edilib.

"Qafqazinfo"nun xarici KİV-ə istinadən məlumatına görə, ilk çağırış gecə saat 02:30 radələrində Birminqam şəhərindən gəlib. Naməlum şəxslər məscidin pəncərələrinin şüşələrini ağır dəmir çəkiclə sındırıb. İlk hadisədən təxminən 40 dəqiqə sonra başqa bir məsciddə də oxşar hadisə baş verib. Polis ərazidə reydə başlayıb və yoxlanış zamanı əlavə iki məscidin də pəncərələrinin qırıldığı bəlli olub. Polis hadisə yerindən sübutları topladığını və təhlükəsizlik kameralarına baxış keçirdiyini bildirib.

Hələ ki cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslər saxlanılmayıb.