İngiltərənin Mançester şəhərində naməlum şəxs avtomobili insanların üstünə sürüb.
“Qafqazinfo” İngiltərə mətbuatına istinadən xəbər verir ki, Harpuri ticarət mərkəzinin avtomobil dayanacağında baş verən hadisə nəticəsində 6 nəfər ağır xəsarət alıb.
Hadisəni törədən 80 yaşlı kişi saxlanılıb. İngiltərə hüquq-mühafizə orqanları hadisənin terrorla əlaqəsinin olmadığını açıqlayıb.
Olay yerinə çoxlu sayda təcili yardım avtomobili, 1 hava ambulansı çağırılıb və yaralılar xəstəxanalara yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.