İngiltərədə ən məşhur adam oldu

ingilterede-en-meshur-adam-oldu
Oxunma sayı: 666

“Qırmızı şeytanlar” 48-ci dəqiqədə Serxiyo Ramosun öz qapısına vurduğu qolla hesabda önə çıxıblar. Lakin 56-cı dəqiqədə baş hakim Cüneyt Çakırın Naniyə birbaşa göstərdiyi qırmızı vərəqə elə oyunun nəticəsinə də birbaşa təsir edib. “Real” 3 dəqiqə ərzində Luka Modriç və Kriştiyano Ronaldonun vurduğu qollarla qələbə qazanıb. Oyundan sonra “Yunayted”li futbolçular hakimi alqışlamaqla öz etirazlarını bildiriblər. Bütün ingilis mətbuatı isə məğlubiyyətə görə Cüneyt Çakırı günahkar bilib. Bəzi məşhur ingilis qəzetlərinin verdiyi başlıqları təqdim edirik:

Məşhur “Guardian” qəzeti: ““Mançester” hər şeyi etdi, amma Çakırın qərarı oyunu məhv etdi”

“Daily Telegraph” qəzeti: “Bu oyun bərbad hakim tərəfindən idarə olunana yaxşı matç idi”

“Daily Mail” qəzeti: “Hakim Mançesteri finaldan məhrum etdi”

İqbal