İngiltərədə iki məscid tarixi abidələr siyahısına daxil edildi

ingilterede-iki-mescid-tarixi-abideler-siyahisina-daxil-edildi
Oxunma sayı: 1399

Böyük Britaniya hökuməti İngiltərədəki iki məscidin Milli Tarix və Miras Abidələrinin siyahısına daxil edib.

“Qafqazinfo” Maide-yə istinadən xəbər verir ki, onlar Londonda yerləşən Mərkəzi məscid və “Fəzl” məscididir.

Məlumat üçün bildirək ki, London Mərkəzi məscidinin inşası 1940-cı ildə Uinston Çörçill hökumətinin təklifi ilə başlayıb, 1977-ci ildə istifadəyə verilib.

Şəhərdəki ilk məscid olan “Fəzl” məscidi isə 1924-cü ildə tikilib.

Bundan sonra həmin məscidlər tarixi abidə kimi də qorunacaq.