İngiltərədə qadın sürücü insanları əzdi - Bayramı qeyd edirdilər + Video

ingilterede-qadin-surucu-insanlari-ezdi
Oxunma sayı: 663

İngiltərənin Nyukasl şəhərində “Westgate” idman mərkəzinin yaxınlığında qadın sürücü avtomobili insanların üstünə sürüb.

“Qafqazinfo” Mirror-a istinadən xəbər verir ki, hadisə Ramazan bayramını qeyd edən müsəlmanların məsciddən çıxdığı zaman baş verib. Ərazidə çoxlu sayda uşaq da olub.

İlkin məlumata görə, insident nəticəsində 5 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Polis hadisəni törədən 42 yaşlı qadın sürücünü saxlayıb. Hadisənin terror olması ehtimalı araşdırılır.