İngiltərədə saxlanılan fərari FETÖ-çü kəfalətlə sərbəst buraxıldı

ingilterede-saxlanilan-ferari-feto-cu-kefaletle-serbest-buraxildi
Oxunma sayı: 1950

Türkiyədə 15 iyul hadisələrindən sonra İngiltərəyə qaçan iş adamı Akın İpek saxlanılıb.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.

Qeyd olunur ki, bu qərar FETÖ ilə əlaqəsi olan A. İpekin Türkiyəyə təhvil verilməsi tələb edildikdən sonra verilib. 

Məlumata görə, İngiltərə məhkəməsi fərari FETÖ-çünü 50 min funt-sterlinq kəfalətlə sərbəst buraxıb. Lakin onun xarici ölkəyə qaçmağının qarşısını almaq üçün pasportu əlindən alınıb. 

A. İpekə gecə saatlarında evində qalmağı, telefonunu 24 saat ərzində açıq saxlamağı şərt qoyulub.

Onun Türkiyəyə təhvil verilib-verilməyəcəyi sentyabrda Uestminster Sülh Cəza Məhkəməsində baş tutacaq görüşdə qərar veriləcək.