İngiltərədə silahlı insident - Xəsarət alan var

ingilterede-silahli-insident
Oxunma sayı: 1174

İngiltərənin cənubunda silahlı insident baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli polis tvitter hesabında məlumat yayıb.

Məlumata əsasən, hadisə Horşem şəhərində qeydə alınıb. İnsident nəticəsində bir nəfər xəsarət alıb.

“Sun” qəzeti yaralanan şəxsin hamilə qadın olduğunu, onun ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyini bildirib.

Təhlükəsizlik xidməti insanlardan evlərini tərk etməmələri xahiş edib.