İngiltərədə tənha insanlar üçün nazirlik yaradıldı

ingilterede-tenha-insanlar-ucun-nazirlik-yaradildi
Oxunma sayı: 961

İngiltərədə yalnızlıqdan məsul olan nazirlik yaradılıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, belə bir nazirliyin yaradılması təklifi ilk dəfə 2016-cı ildə ifrat sağçı kişi tərəfindən öldürülən İşçi partiyasının millət vəkili Jo Cox tərəfindən irəli sürülmüşdü. 

Baş nazir Tereza Mey məsələ ilə bağlı açıqlamasında bildirib ki, Jo Cox ölkədəki tənhalığın hansı səviyyədə olduğunu anlayıb və həyatını bu vəziyyətdən əziyyət çəkənlərə yardım etməyə həsr edib.

Mühafizəkarlar partiyasından millət vəkili olan Tracey Crouch yalnızlıq naziri təyin olunacaq. O, İngiltərədə yalnızlıqdan əziyyət çəkən milyonlarla insana yardım edəcəklərini açıqlayıb. 

Statistika isə ölkədə belə bir nazirliyin yaradılmasının əhəmiyyətinə diqqət çəkib. Belə ki, nazirliyin İngiltərədə 9 milyon insana aidiyyatı olacağı vurğulanıb. 2017-ci ildə yayımlanan hesabatda isə tənhalığın gündə 15 ədəd siqaret çəkmək qədər pis nəticələri olduğu açıqlanıb.