İngiltərədə terror təhlükəsinin səviyyəsi azaldılıb

ingilterede-terror-tehlukesinin-seviyyesi-azaldilib
Oxunma sayı: 706

Böyük Britaniyada terror təhlükəsinin səviyyəsi ən yüksək “kritik”dən “ciddi”yə qədər azaldılıb.

“Qafqzinfo”nun “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın daxili işlər naziri Ember Radd bildirib.

Onun sözlərinə görə, terror təhlükəsinin səviyyəsi London metrosunda baş vermiş partlayışla əlaqədar aparılan araşdırmalar nəticəsində aşağı düşüb.

Xatırladaq ki, sentyabrın 15-də Londonun “Parsons Qrin” metrostansiyasında törədilmiş terror aktı nəticəsində 30 nəfər xəsarət alıb. Teraktdan sonra Böyük Britaniyada terror təhlükəsinin səviyyəsi ən yüksək “kritik”ə qədər qaldırılmışdı.