İngiltərədə terrorun baş vermə anının - Videosu

ingilterede-terrorun-bas-verme-aninin
Oxunma sayı: 766

Sosial şəbəkələrdə Britaniyanın “Mançester Arena” konsert kompleksində baş verən partlayış anının videosu yayılıb.

“Qafqazinfo” xəbər verir ki, kadrlardan da göründüyü kimi partlayış tamaşaçıların zalı tərk etməyə başladığı zaman baş verib. 

Əvvəlcə nə baş verdiyini anlamayan tamaşaçılar daha sonra təşvişlə zalı tərk etməyə başlayırlar. 

Qeyd edək ki, artıq ölənlərin sayı 19-dan 22-yə çatıb. Hələ ki, heç bir qruplaşma hücumu öz üzərinə götürməyib.