İngiltərə və Belçika 1/8 finalda - Panama və Tunis üçün mundial bitdi

ingiltere-ve-belcika-18-finalda
Oxunma sayı: 3450

Bu gün dünya çempionatında günün ilk qarşılaşmasında İngiltərə Panama ilə qarşılaşacaq.

"Qafqazinfo" xəbər verir ki, ilk görüşdə qalib gələn britaniyalılar bu matçda da qələbə qazanmağa çalışacaq.

DÇ-2018

G qrupu

İngiltərə - Panama

***

Matç başladı

***

Con Stones 8-ci dəqiqədə hesabı açır.

***

Harri Keyn 22-ci dəqiqədə hesabı 2:0 edir.

***

Linqard 36-cı dəqiqədə 3-cü qolu vurur.

***

Con Stons hesabı 4:0 edir. O, 40-cı dəqiqədə fərqlənir. 

***

İngiltərə hesabı 5:0 edir. Harri Keyn 45-1-ci dəqiqədə dubl edir. 

***

İlk hissə başa çatdı

***

İkinci hissə başladı

***

Hesab 6:0 olur. 62-ci dəqiqədə Harri Keyn het-trik edir. 

***

Panama hesab arasındakı fərqi azaldır. 78-ci dəqiqədə Felipe Baloy fərqlənir. 

*** 

İngiltərə 6:1 hesablı qələbə qazanır.

Böyük Britaniyanın bu qələbəsindən sonra İngiltərə və Belçikanın qrupdan çıxması rəsmiləşib.

Panama və Tunis isə mundialı qrupda başa vurublar.