İngiltərənin məşhur klubunu terrorçunun ailəsi maliyyələşdirib

İngiltərənin məşhur klubunu terrorçunun ailəsi maliyyələşdirib
Oxunma sayı: 1373

“Əl-Qaidə” terror təşkilatının keçmiş başçısı Usama ben Ladenin ailə üzvlərindən biri İngiltərənin “Şeffild Yunayted” futbol klubunun maliyyələşməsinə kömək edib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, “Şeffild” terrorçunun ailəsindən 3,5 milyon funt vəsait alıb. Bu fakt biznesmen Kevin Makkeybin klubunda hissələrin satışı məsələsi ilə bağlı məhkəmə prosesi zamanı üzə çıxıb. “Şeffild” üzərində tam nəzarəti ələ almaq istəyən Səudiyyə Ərəbistanı şahzadəsi Abdullanın nümayəndəsi bildirib ki, Makkeyb klubun maliyyə mənbəyi haqda məlumatı əvvəlcədən çox gözəl bilirmiş. Həmin vəsait 2018-ci ildə klubun borclarının ödənilməsi üçün ayrılıb.

Makkeyb isə bu ittihamı inkar edib.

Qeyd edək ki, “Şeffild Yunayted” 2018-2019-cu il Çempionatında ikinci yeri tutaraq İngiltərə Premyer Liqasına çıxıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi