İngiltərəyə “Breksit” şərti qoyuldu

ingiltereye-breksit-serti-qoyuldu
Oxunma sayı: 1462

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk İngiltərənin Avropa İttifaqından ayrılmaq istəməsi (breksit) ilə bağlı açıqlama verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tusk, İrlandiyanın sərhəd problemi həll edilmədən bu istiqamətdə danışıqların aparılmayacağını söyləyib.

Avropa Parlamentində çıxış edən Tusk deyib ki, breksit məsələsi sərhəd probleminə səbəb olub.

O, danışıqların başlaması üçün problemin həll edilməsinin vacib olduğunu bildirib.

Xatırladaq ki, Britaniya 2016-cı ilin iyununda referendumla Aİ-dən çıxmaq qərarı verib. İngiltərə 2019-cu ilin 29 martında Lissabon müqaviləsinin 50 maddəsinə uyğun olaraq rəsmən ayrılmaq prosesini başladıb.