İnqilabdan sonra Tunisdə ilk seçkilər keçiriləcək

inqilabdan-sonra-tunisde-ilk-seckiler-kecirilecek
Oxunma sayı: 854

Yeddi il öncə Tunisdə başlayan və bir sıra ölkəyə də yayılan “Ərəb baharı”dan sonra Tunis ilk demokratik seçkilərə hazırlaşır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 6 mayda ölkədə yerli idarəetmə orqanlarına seçkilər keçiriləcək.

24 vilayətdə 7177 yer üçün 50 min namizəd mübarizə aparacaq. 5 milyon 370 minə yaxın seçici səsvermə hüququna malikdir.

Səsvermə 7 mayda bitəcək və nəticələr 9 mayda açıqlanacaq.

Ekspertlər bu seçkilərin Tunisdəki demokratiyanın gələcəyi üçün həm risk, həm də şans olduğunu vurğulayıblar. Bu seçkilərin 2019-cu ildə keçirilməsi planlaşdırılan parlament və prezident seçkilərinə təsir edəcəyi də bildirilir.