İnşaat sektorunda işləyənlər artıb

insaat-sektorunda-isleyenler-artib
Oxunma sayı: 656

2017-ci ilin 6 ayı ərzində inşaat sektorunda işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,0 faiz artaraq 93,8 min nəfər olub, orta aylıq əməkhaqqı isə 821,4 manat təşkil edib.

“Qafqazinfo”nun Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, ixtisaslaşdırılmış tikinti işlərində işləyənlərin əməkhaqqı 14,2 faiz azalıb. Binaların tikintisində əməkhaqqı 8,1 faiz, mülki təyinatlı inşaat işlərində çalışanların isə əməkhaqqı isə 8,7 faiz artıb.