“İnsan bəzən arvadından bezir” - Saakaşvili

insan-bezen-arvadindan-bezir-saakasvili
Oxunma sayı: 682

Gürcüstanın prezidenti Mixail Saakaşvili “Davos-2013. Ukraynadan baxış” seminarının iştirakçılarına deyib ki, hazırkı hakimiyyət insanları aldadıb. “Onlara vəd verildi ki, hər şey pulsuz olacaq, işləmək lazım olmayacaq. İnsanlar da inandılar. Çünki əksəriyyət postsovet cəmiyyətindən çıxa bilmədi. Digər tərəfdən duman yox olacaq. Bu zaman fərqləndirmək imkanı yaranacaq və biz uduşda olacağıq”.

Saakaşvili bildirib ki, xalq həmişə hər şeydən bezir. “Bəzən insan arvadından bezir, ancaq bir müddətdən sonra yenə ünsiyyətə ehtiyacı yaranır. İstənilən demokratiyada belə inkişaf mərhələləri var. Demokratiya iki addım irəli, bir addım geridir”, - deyə o vurğulayıb.