İnsan əti yedirdən narkotik

insan-eti-yedirden-narkotik
Oxunma sayı: 649

"Qafqazinfo"nun xarici mətbuata əsasən verdiyi xəbərə görə, bu yaxında küçədə yaşlı adamın üzünü yeyərkən polis tərəfindən Rudi Egune adlı şəxs öldürülüb. Tibbi ekspertiza zamanı ölən adamyeyənin qanında "hamam duzu" kimi tanınan narkotik maddə aşkarlanıb. Bu maddədən istifadə edən başqa bir şəxs Fredi Şarj dindirilərkən bunları deyib: "Bu dərmanı qəbul edəndə heç nədən və heç kəsdən qorxmuram. Kimisə incitmək, ona ziyan vermək istəyirəm. Adam əti yemək istəyirəm."

Bu etirafdan sonra mütəxəsislər "hamam duzu" adlı uyuşturucunun təhlükəli olduğunu təsdiqləyiblər. Bu maddə tərkibində mepedron, metilon və bir çox kimyəvi birləşmələrin qarışığından qeyri-qanuni şəkildə hazırlanır, müxtəlif dərman adları altında rahatlıqla satılır.


Raminə