İnsan haqları sahəsində seminarlar başlayıb

insan-haqlari-sahesinde-seminarlar-baslayib
Oxunma sayı: 648

“Qafqazinfo”ya verilən məlumata görə, insan haqlarının monitorinqi, beynəlxalq təşkilatlara insan haqları ilə bağlı alternativ hesabatların hazırlanması, toplaşma azadlığı, ifadə azadlığı – nəzəri və praktik biliklər mövzularına həsr olunmuş mövzularda aparılan seminarlar Polşanın Helsinki İnsan Haqları Fondundan dəvət olunmuş təcrübəli ekspertlər Lenur Kərimov və Zenon Kolodzey tərəfindən aparılır. Seminarların açılışında Polşanın Azərbaycandakı səfiri Mixael Lebenda iştirak edib.
Beş gün davam edəcək seminarlarda paytaxtdan və regionlardan dəvət olunan iştirakçılara avropalı ekspertlərlə yanaşı, təcrübəli yerli hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Əvəz Həsənovun insan haqları ilə bağlı müxtəlif mövzularda mühazirələrini dinləyiblər. Seminarlarda iştiraka insan haqları müdafiəsi fəaliyyətinə yeni başlamış və vətəndaş cəmiyyətinin fəalları, hüquq müdafiə təşkilatlarının, insan haqları müdafiəsi ilə məşğul olan dövlət orqanlarının təmsilçiləri, gənclər təşkilatlarının fəalları, aktiv tələbələr dəvət olunub.