“...İnsan nə qədər susar?” - Zülfiyyə Xanbabayeva

“...İnsan nə qədər susar?”
Oxunma sayı: 2955

Xalq artisti Zülfiyyə Xanbabayeva “ASAN Radio”nun qonağı olub. O, proqramda maraqlı açıqlamaları ilə yadda qalıb. 

“Qafqazinfo”nun məlumatına görə, 50 yaşını yeni qeyd edən müğənni deyib ki, problemləri hər zaman efirdən kənar həll edir:

“Susmaq mənə çətindir. Arzu edirəm ki, bundan sonra da məni hövsələdən çıxarmasınlar. Bu qeyri-səmimilik yox, tərbiyədir. Düzdür, mənə çətindir, insan nə qədər susar? Amma buna öyrəşdim. Bir problem varsa, onu efirdən kənarda həll etmək lazımdır. Mən bu yolu seçdim, bu cür də davam edirəm”. 

Sənətçi şou-biznesdə olan durğunluqdan söhbət açıb:

 “1992-ci ildən əvvəl də belə idi. Sonra maraqlı canlanma oldu. Bu durğunluğun haradan gəldiyini bilmirəm. Mən də bir dirçəliş gözləyirəm. Hər şeyə gözəl gözlə baxmaq istəyirəm. İndi gənclərlə çalışmağa üstünlük verirəm. Çünki onlar daim yenilik axtarır”. 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi