İnsan sağlamlığı üçün təhlükəli olan balıq və qanunsuz quşlar götürüldü

insan-saglamligi-ucun-tehlukeli-olan-baliq-ve-qanunsuz-quslar-goturuldu
Oxunma sayı: 2453

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ov mövsümünün başlanması ilə əlaqədar respublikanın sututarlarında brakonyerliyə, balıq və balıq məmulatlarının qanunsuz ovlanması, satılması, ölkədən kənara çıxarılması və digər hüquq pozuntularının qarşısının alınması məqsədilə əməliyyat və profilaktiki tədbirləri davam etdirirlər.

"Qafqazinfo"ya DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən noyabrın 14-də paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində dəniz sahilində yerləşən vətəgədə keçirilmiş reydlər nəticəsində 1 nəfər saxlanılıb. Hövsan qəsəbəsinin sakini olan Emil Abdulrəhimovdan bu zaman hisə verilmiş 28 ədəd kütüm, 2 ədəd adi siynək və qaxac edilmiş 5 kütüm balığı maddi sübut kimi götürülüb. Araşdırma zamanı bu şəxsin Qida Təhlükəsizliyi Agentliyinin müvafiq icazəsiz (lisenziyasız), kustar üsulla, antisanitariya şəraitində hisə verilmiş balıq hazırladığı, özünün isə sərxoş vəziyyətdə olduğu müəyyən edilib. Polis əməkdaşları tərəfindən saxlanılan şəxslə aparılan profilaktiki söhbətlər zamanı onun belə özfəaliyyətinin nəinki qeyri-qanuni olduğu, həmçinin aşkar antisanitar vəziyyətdə, heç bir müvafiq norma və standartlara əməl edilmədən hazırlanmış hisə verilmiş balıq və balıq məmulatlarının insan insan orqanizmi üçün çox zərərli, sağlamlığı üçün təhlükəli olduğu, bu cür qanunsuz fəaliyyətin hüquqi məsuliyyət doğurduğu nəzərinə çatdırılıb.