İnsan tacirlərindən qaçmağa çalışan 12 nəfər öldürüldü

insan-tacirlerinden-qacmaga-calisan-12-nefer-olduruldu
Oxunma sayı: 1325

Liviya insan alverçilərinin əsir götürdüyü 200-yə yaxın əsir düşərgədən qaçarkən gülləbaran edilib.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, hadisə paytaxt Trablusa 180 km məsafədə yerləşən Bəni-Vəlid qəsəbəsində baş verib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözcüsü Uilyam Splinder Eritreya, Efiopiya və Somali əsilli əsirlərdən 12-sinin öldürüldüyünü açıqlayıb. 140 nəfər isə sağ qalmağı bacarıb. Onların arasında uşaqlar da var.

Düşərgədən qaçmağı bacaran əsirlər bildiriblər ki, 3 ildir orada müxtəlif işgəncələrə məruz qalıblar.