İnsan yumurtası yaradıldı - Tarixi kəşf

insan-yumurtasi-yaradildi
Oxunma sayı: 3999

Şotlandiyada Edinburq Universitetinin tədqiqatçıları qadınlardan alınan yumurta hüceyrəsini ilk dəfə yumurtalığın xaricində yetişdiriblər.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, araşdırmanın nəticələri barədə məlumat “Molecular Human Reproduction” jurnalında verilib.

Qadınlar doğularkən onların yumurtalığında yumurta hüceyrələri olur və bu yumurtalar qadın yetkinlik yaşına çatanda inkişaf edir.

Alimlər həmin yetişməmiş hüceyrələri götürüb, laboratoriya mühitində, oksigen səviyyəsi, hormonlar və protein cəhətdən insan bədənindəkinə bənzər mühit yaratmaq şərti ilə yetişdiriblər.

Onlar həmin mühitdə hüceyrələrin döllənmə mərhələsinə qədər böyüdüyünü müşahidə ediblər. Bir neçə ildir davam edən araşdırma sübut edir ki, insan yumurtası yaratmaq mümkündür.

Alimlər bildirib ki, bu, xərçəngdən müalicə alan qadınların uşaq doğa bilmə qabiliyyətini qorumaq üçün istifadə edilə bilər.

Qeyd edək ki, bu vaxta qədər laboratoriya mühitində yaradılan yumurtaların, sadəcə, 10 faizi döllənə biləcək səviyyəyə çatıb.