“İnsanı hövsələdən çıxarırlar”

“İnsanı hövsələdən çıxarırlar”
Oxunma sayı: 476

"Milan"ın idman direktoru Marko Fassone klubun sabiq prezidenti Silvio Berluskoninin sözlərini təkzib edib. Berluskoni "rossoneri"nin maliyyə problemləri ilə üzləşdiyini bildirib. 

“Qafqazinfo” goal.az-a istinadən xəbər verir ki, Fassone işlərin qaydasında getdiyini deyib. "Xoşbəxtlikdən, maliyyə problemimiz yoxdur. Hər şey plan üzrə gedir. Optimist əhval-ruhiyyəmiz var. "Milan" daim diqqət mərkəzində olduğundan insanlar bizim haqqımızda danışmağı xoşlayır. Hər kəsin fikrini ifadə etməsi normal qəbul olunmalıdır. Amma həqiqəti əks etdirməyən rəqəmləri gətirənlər insanı hövsələdən çıxarır".


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi