İnsanın yeni orqanı kəşf olunub

insanin-yeni-orqani-kesf-olunub
Oxunma sayı: 4568

Britaniya mətbuatının yazdığına görə, insanın bədənində yeni orqan kəşf edilib.

 “Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, əslində həmişə göz qabağında olan bu orqanı indiyədək ayrıca orqan olaraq tanımırdılar.

İnterstitium adlanan bu orqan dərinin altında bağırsaq və qan damarlarını örtən qoruyucu pərdədən ibarətdir. Alimlər əvvəllər belə düşünürdülər ki, müxtəlif orqanları örtən pərdələr həmin orqanın öz qoruyucu örtüyüdür. Lakin indi bu orqan pərdələrinin öz aralarında çoxsaylı toxumalarla əlaqəli olduğu üzə çıxıb.

Sözügedən pərdənin əsas funksiyası orqanları xarici zərbə və əzilmələrdən qorumaqdır.

Nyu-York Universitetinin Tibb Məktəbi alimlərinin gəldiyi qənaətə görə interstitium adlanan bu pərdə ayrıca orqan sayılmalıdır. İnsanın 80-ci orqanı həm də onun ən böyük orqanıdır.

Alimlər zənn edirlər ki, interstitium xərçəngin metastazla yayılmasında mühüm rol oynayır. Onların fikrincə, bir orqanda yaranan xərçəng hüceyrələri məhz interstitiumun mayesi vasitəsilə limfalara sorularaq başqa orqanlara yayılır.