“İnsanlar müğənniləri həzm edə bilmir”

“İnsanlar müğənniləri həzm edə bilmir”
Oxunma sayı: 1131

Azərbaycanlı müğənni Manaf Ağayev daha evində veriliş çəkilməsinə razı olmayacaq. “Qafqazinfo” xəbər verir ki, müğənni “Show time” verilişində bildirib ki, artıq evində heç bir veriliş çəkiliş edə bilməz: 

“Mən yataqxanada böyümüşəm. Bütün kasıbçılığı, əzab-əziyyəti görmüşəm. İndi də şükürlər olsun ki, yaxşı evim var. Elə verilişlər var ki, o yalnız evdə çəkilməlidi. Amma çəkiliş evimdə olanda deyirlər ki, evini göstərir. Göstərməyəndə də bəzi aparıcılar yalvarır. Evimi efirdə göstərirlər, mən də əsəbiləşib deyirəm ki, xarabaya qalsın. Maşınımı da göstərirəm, onu da söz edirlər. Müğənni üçün bir maşın nədir ki? Yoldan keçən hamı maşın sürür. 30 ildir ki, bu sənətdəyəm, can qoymuşam. İndi işləməyən adamların da maşını var. 

Mən hər zaman demişəm ki, dünyanın ən ucuz, geridə qalan müğənniləri Azərbaycandadı. Bunların ən bahalısı 13-15 minə toya gedir. Türkiyədə isə müğənnilərin ən kasıbı o qiymətə gedir. Bilirsiniz, insanlar müğənniləri həzm edə bilmir. Ona görə də evimdə çəkiliş etdirməyi yığışdırdım. Bunu özümə qadağa etdim. Mən yataqxanada yaşayan zaman da məni verilişlərin biri çəkdi. Amma o zaman niyə demədiniz ki, yazıq niyə belə evdə yaşayır? Ona görə də daha verilişlərdə evimi göstərməyəcəm”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi