İnsanların gözü önündə sevgilisini öldürdü - Kimsə qarışmadı+Video

insanlarin-gozu-onunde-sevgilisini-oldurdu
Oxunma sayı: 3553

Rusiyanın Perm əyalətində dəhşətli qətl hadisəsi törədilib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Yava qəsəbəsində 20 yaşlı Andrey A. 17 yaşlı sevgilisini insanların gözü önündə vəhşicəsinə qətlə yetirib. Maraqlısı isə, ətrafdakı insanların bu qətlə biganə yanaşmaları və gec reaksiya vermələridir.

Əldə edilən görüntülərə əsasən, sevgilisi ilə yanaşı addımlayan Andrey qəfil ona hücum etməyə başlayır. Ehtimala görə cütlük arasında xəyanətə görə mübahisə düşüb. Əvvəlcə məktəbli qızı yumruq və təpiklə döyən cinayətkar daha sonra bıçağa əl atıb. Çoxsaylı zərbələrdən sonra huşunu itirən məktəbli qız xəstəxanaya aparılarkən aldığı travmalardan yolda keçinib.