“İnsanların pozulmuş hüquqlarını bərpa etməyə çağırırıq”- Bəyanat

insanlarin-pozulmus-huquqlarini-berpa-etmeye-cagiririq-beyanat
Oxunma sayı: 652

“İqtidarda olan anti-xalq rejim ilin əvvələrində olan etiraz mitinqlərini amansızlıqla yatıraraq kütləvi həbslər və bunu ardınca bütün sahələrdə siyasi aktiv insanla qarşı təqiblərə başlaması ölkədə insan hüquq və azadlıqlarının olmamsının və ölkədə olan diktaturanın təcəsümdür.

Ölkədə insan hüquq və azadlıqlarının müdafə edəcək institutların formal olması və onların yuxarıdan gələn tapşırıq əsasında qəraq qəbul etməsi cəmiyyətə ədalətsizliyin baş alıb getdiyini göstərir.

Ilin əvvəlində olan mitiqlərdə iştirakına və sonrakı fəaliyyətinə görə təqib olunan Azərbaycan Demokrat Partiyasının Gənclər müşaviri Cəmil Hacıyevın işlədiyi Bakı Şəhər Mədəniyyət Turizm İdarəsindən şərlənərək işdən çıxarılması tərəfimizdən qətiyyətlə pislənilir və hakimiyyətdə olan idarəçilərin xalqın aktiv hissəsinə qarşı şər-böhtan və iqtisadı cəhətdən çətin vəziyyətə salma planlarına son qoymağa çağırırıq”.

Gənclər Təşkilatı bəyanatda hakimiyyəti etiraz aksiyalarında və bundan sonra aktiv olan siyasətçilərə son qoymağa və həm Rafiq Əliyevin, həm də Cəmil Hacıyevin hüquqlarını bərpa etməyə çağırıb: “Azərbaycan Neft Akademiyasının kafedra müdirü Rafiq Əliyevı Azərbaycan Demokrat Partiyasının Gənclər müşaviri, eyni zamanda Bakı Şəhəri Mədəniyyət Turizm İdarəsində İnformasiya Texnologiyalari şöbəsinin müdrü Cəmil Hacıyevin Əmək Məcəlləsinin 70 maddəsinin ç bəndi ilə işdən azad edilməsini, təhsildən qovulan və həbs edilən insanların pozulmuş hüquqlarını bərpa etməyə çağırırıq”.

Bəyanatda vurğulanıb ki, partiya demokratiya uğrunda mübarizə aparan hər kəsə qarşı ədalətsiz yanaşmanı qətiyyətlə pisləyir: “İqtidarda olan rejimin öz yarıtmaz siyasətinə diqqət etməyə və xalqı inqilabı qəyişikliklərə sürükləməməyə çağırırıq. Azərbaycan Demokrat Partiyası Gənclər Təşkilatı olaraq iqtidarı öz siyasətində korrektələr etməyə insan hüquq və azadlıqlarına hörmətlə yanaşmağa çağırır eyni zamanda ölkədə akreditə olunmuş səfirlik və beynəlxalq təşkilatlardan Azərbaycan hökümətinin insan hüquq və azadlıları sahəsindəki öhdəlikləri yerinə yetirməyə insan hüquq və azadlıqları sahəsində əməli iş görməyə təsir etməyə çağırırıq”.


Fatimə Kərimli