İnsanlığın son dramı - Övladını çantaya qoyub qaçdı

insanligin-son-drami
Oxunma sayı: 2448

Suriyanın Şərqi Quta bölgəsində davam edən şiddətli atışmalar səbəbindən minlərlə insan öz evini tərk etmək məcburiyyətində qalıb.

“Qafqazinfo” xəbər verir ki, “Reuters” agentliyinin fotoqrafı Omar Sanadiki qaçış zamanı çəkdiyi foto ilə orada yaşanan faciənin miqyasını bir anlıq göz önünə gətirib.

Hər gün partlayan bombalardan, aclıqdan və digər fəlakətlərdən canlarını qurtarmağa çalışanlar insanların daha bir təlaşı uşaqları qoruya bilməkdir. Bir ata övladını təhlükəli bölgədən çıxarmaq üçün onu çantaya qoyaraq aparıb. Həmin dramatik an isə Omar Sanidikinin kamerasına tuş gəlib.

Qeyd edək ki, Şərqi Qutada son 1 ay ərzində 1200-ə yaxın insan ölüb.