“Instagram”a daha bir funskiya gəlir - Foto

“Instagram”a daha bir funskiya gəlir
Oxunma sayı: 1799

Ən böyük sosial media platformalarından biri olan “Instagram” yeni funksiyalar ilə öz istifadəçilərini sevindirməyə davam edir.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, “Boomerang”, “Live”, “Super Zoom” kimi yeniliklərlə daha maraqlı formaya gələn “Instagram” daha bir funksiyanı tətbiq edib.

Bu, 2017 və 2018 model telefonlarda olan portret modu, yəni “Focus”dur.

Telefonla şəkil çəkən zaman kamera bir nöqtəyə fokuslanır və həmin nöqtənin ətrafını blur və ya bulanıq edir.

Bu funksiyanın əsası keçən il çıxan bir çox telefon modelində tətbiq edilən kamera xüsusiyyətlərinə əsaslanır. Bir çox istifadəçi bu xüsusiyyəti sevsə də, yüksək məbləğlər verib yeni telefon almaq istəmirdi.

Şəkildə gördüyümüz kimi, bu funksiya “Instagram”ın “Hekayələr” ekranında olacaq. Bu funksiya hələ ki, bütün istifadəçilər üçün əlçatan deyil.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi