“İnstagram”da vaxt keçirənlərin sayı 1 milyard oldu

instagramda-vaxt-kecirenlerin-sayi-1-milyard-oldu
Oxunma sayı: 672

"İnstagram" istifadəçilərinin sayı 1 milyard nəfər olub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkənin ismarışında bildirilir: "İnstagram - indi qlobal cəmiyyətdir. Hamıya təşəkkürlər!". 

Ötən ilin sentyabrında "İnstagram"ın auditoriyası 800 milyon nəfər idi. 

Qeyd edək ki, "Facebook"un 2 milyard, "WhatsApp"ın 1,3 milyard, "Twitter"in isə 336 milyon istifadəçisi var.