“İnstagram”dan möhtəşəm yenilik

instagramdan-mohtesem-yenilik
Oxunma sayı: 693

F8 konfransında çıxış edən Mark Zukerberg “Instagram”a offlayn versiyanın əlavə ediləcəyini açıqlayıb.

“Qafqazinfo” “Technote”yə istinadən xəbər verir ki, yeni xüsusiyyət ilə istifadəçilər internet bağlantısı olmadıqda belə tətbiqi istifadə edə biləcəklər.

Yeni offlayn versiya vasitəsilə Instagram istifadəçiləri internet qoşulmaları kəsildiyində də hazırki məzmunları, profilləri və bildirişləri görə biləcək. Bəyənmə, izləmə və şərh yazmaq kimi əsas xüsusiyyətlər də offlayn versiyada istifadə ediləcək. İnternet qoşulması yox ikən edilən bütün bu əməliyyatlar offlayn olaraq qeyd ediləcək və internetə qoşulduğu anda avtomatik olaraq yenilənəcək.

Hələlik sadəcə "Instagram"ın Android tətbiqindəki beta istifadəçiləri tərəfindən istifadə edilə bilən offlayn modu, qarşıdakı aylarda hərkəs üçün istifadəyə təqdim ediləcək.