İnstaqram 60 dəqiqəlik videolar üçün yeni proqram təqdim etdi

instaqram-60-deqiqelik-videolar-ucun-yeni-proqram-teqdim-etdi
Oxunma sayı: 1636

İnstaqram sosial şəbəkəsi 60 dəqiqəlik videol üçün özünün yeni IGTV adlı platformasını təqdim edib.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, IGTV həm İnstaqram daxilində aktiv olacaq, həm də ayrıca tətbiq kimi istifadəyə veriləcək.

Yeni platformanın ayrıca tətbiq kimi yaxın bir neçə həftə ərzində istifadəçilərə təqdim olunacağına söz verilib.

Videoları şərh etmək və ya hansısa digər istifadəçiyə də göndərmək mümkün olacaq. Bundan başqa, videoların müəllifləri öz videolarını IGTV-dən İnstaqram hesablarındakı “Hekayələr”ində paylaşa biləcəklər. Video müəlliflərinin gəlir qazanması sisteminin də təqdim ediləcəyi gözlənilir. Beləliklə, İnstaqram 1 milyardlıq istifadəçi kütləsi və 60 dəqiqəlik videolarla “YouTube” servisinə rəqib olacaq.