İnstaqram Ramzan Kadırovu “blok”dan çıxardı

instaqram-ramzan-kadirovu-blokdan-cixardi
Oxunma sayı: 1837

İnstaqram Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun hesabını “blok”dan çıxarıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Kadırov ilk statusunu öz tapançasına həsr edərək yazıb: “Ədalət yerini tapdı. Bunun üçün 11 ayımız getdi. Ümid edirəm, bu səhv bir də təkrarlanmayacaq”. 

Çeçenistan ldieri bildirib ki, hesabı bağlı olduğu müddətə milyonlarla istifadəçi birinci əldən informasiya almaq imkanından məhrum ediliblər. Bundan başqa, çeçen xalqı və digər regionların sakinləri ona müraciət edə bilməyiblər.

Xatırladaq ki, İnstaqram və Feysbuk 2017-ci ildə ABŞ-ın sanksiyaları səbəbindən Ramzan Kadırovun hesablarını dondurmuşdu.