İnstaqram təsisçiləri istefaya gedir

instaqram-tesiscileri-istefaya-gedir
Oxunma sayı: 1925

“Nyu-York Tayms” qəzeti İnstaqram sosial şəbəkəsinin baş direktoru Kevin Sistrom və baş texniki direktoru Mayk Kriqerin istefa verəcəyini iddia edib.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, ayrılığın yaxın həftələrdə baş tutacağı bildirilir.

Nəşrin məlumatına görə, K.Sistrom və M.Kriqer qərarlarını İnstaqramın daxil olduğu Feysbuk rəhbərliyinin diqqətinə çatdırıblar.

İnstaqram təsisçilərinin hazırda Feysbuk şirkətinin yaşadığı ən böyük böhran səbəbi ilə istefaya gedəcəkləri vurğulanıb.