İnstaqram təsisçilərindən istefa xəbəri ilə bağlı - Açıqlama

instaqram-tesiscilerinden-istefa-xeberi-ile-bagli
Oxunma sayı: 1521

“İnstagram” sosial şəbəkəsinin təsisçiləri Kevin Sistrom və Mayk Kriqer şirkətdən ayrılmaları xəbərini təsdiq ediblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onlar 8 il “İnstagram”da fəaliyyətlərinə, 6 il “Facebook”la əməkdaşlıqlarına görə hər kəsə minnətdarlıqlarını bildiriblər.

Kevinlə Maykın birgə bəyanatında  istefa qərarları ilə bağlı deyilir:

“İndi biz yeni növbəti işlərə hazırıq. Biz “İnstagram”ı ona görə tərk etməyi planlaşdırırıq ki, öz maraqlarımızı və yaradıcılığımızı yenidən tədqiq edək”.