İnstaqram ulduzu ona verilən paketin içinə baxmadı, 10 illik həbs edildi - Fotolar

instaqram-ulduzu-ona-verilen-paketin-icine-baxmadi-10-illik-hebs-edildi
Oxunma sayı: 3448

İngiltərənin Çeşir qraflığında yaşayan 30 yaşlı İnstaqram ulduzu, kosmetoloq Stefani Nelson 10 il müddətinə azadlıqdan məhrum edilib.

“Qafqazinfo”nun “Daily Mail”ə istinadən məlumatına görə, buna səbəb onun avtomobilinin “baqaj”ından 1,5 milyon funt sterlinq dəyərində olan 15 kiloqram kokainin tapılması olub. Nelson narkotik maddənin ona tez-tez əl qaldıran keçmiş sevgilisi tərəfindən verildiyini deyib. O, oğlana etibar etdiyindən paketin içinə baxmadığını qeyd edib.

Amma hakim ittihamçının və onun vəkilinin sözlərinə təsdiq tapmayıb. O, S. Nelsona 10 il müddətinə həbs cəzası kəsib. Qadının 7 yaşlı oğlu onun anasına verilib. Ona sözügedən paketi verən şəxs də 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, şəxsi biznesini quran kosmetoloq daim iş yerindən, dəbdəbəli həyatından, bahalı avtomobillərdə, yaxtalarda gəzintisindən, dünya səyahətindən foto və videolar paylaşmaqla İnstaqramda məşhurluq qazanıb.