İnstaqramda avtomatik layk və şərhlər silinəcək

instaqramda-avtomatik-layk-ve-serhler-silinecek
Oxunma sayı: 1153

İnstaqram sosial şəbəkəsi avtomatik rejimdə şərhlər yazmağa, layk etməyə və başqa hesablara abunə olmağa imkan verən proqramlara qarşı mübarizə aparmaq üçün bir sıra tədbirlər görməyi planlaşdırır.

“Qafqazinfo” “ICTnews”a istinadən xəbər verir ki, belə proqramlar hesabların auditoriyasını süni şəkildə artırmaq üçün istifadə və bu da sosial şəbəkənin qaydalarına ziddir.

Məlumata görə, kompüter sistemləri şirkət tərəfindən hazırlanmış metodların köməyilə belə hesabları effektiv aşkar edə və lazımi tədbirləri görə bilər. Bu halda İnstaqram belə hesabların sahiblərini pozuntular haqda məlumatlandıracaq.