İnstaqramda fotosunu paylaşdı, məhkəməyə verildi

instaqramda-fotosunu-paylasdi-mehkemeye-verildi
Oxunma sayı: 3013

Məşhur model Gigi Hadidin başına iş gəlib.  “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, bir paparassi tərəfindən çəkilən şəklini instaqram səhifəsində paylaşıb.

Fotonun müəllifi bundan sonra Gigini məhkəməyə verib.  Fotoqraf modelin ondan icazə almadığnı, adını paylaşımda qeyd etmədiyini bildirib. 

Hadid instaqram səhifəsində mələsəyə belə reaksiya verib: “Son paylaşdığım və silməyə  məcbur qaldığım fotoya görə məhkəməyə verildiyimi öyrəndim. Bir tədbirə gedərkən küçədə çəkilmiş bir şəkil idi. Bu insanlar bizim üstümüzdən hər gün pul qazanırlar. Bizə bir qəpik ödəmən fotolarımızı çəkirlər. Axşam-səhər arxamızca gəzirlər.  Kaş ki, həmin şəxs mənə mesaj yazaraq etirazını bildirərdi. İndi isə adını qeyd etmədiyim üçün məhkəməyə verilirəm. Bu absurtdur”.