İnstaqramda maraqlı yenilik

instaqramda-maraqli-yenilik
Oxunma sayı: 1806

İnstaqram sosial şəbəkəsində adi istifadəçilərə olduğu kimi, artıq həştəqlərə də qeydiyyat etmək imkanı yaranıb.

“Qafqazinfo” xəbər verir ki, hər hansı həştəqə qeydiyyata düşdükdən sonra bu həştəqin qeyd edildiyi daha çox populyar şəkil və videolar xəbər lentində görünməyə başlayacaq.

Eyni zamanda, həştəqlə qeyd edilən gündəlik hadisələr yuxarı paneldə əks olunacaq.

Sosial şəbəkənin yeni seçimlərindən istifadə etmək üçün İnstaqram əlavəsinin son versiyasını yükləmək lazımdır.